Zelenski Ukrayna hərbçilərini Slovyanskdan təbrik etdi – “Bu gün biz Donbassdayıq…” / VİDEO

06/12/2022 - 14:27

Bu gün – Ukraynanın Ordu Günündə prezidentin rəsmi “Telegram” kanalında Vladimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə videomüraciəti yayılıb.

Qafqaz.media xəbər verir ki video Slavyansk adı yazılmış stelanın fonunda - şəhərin girişində hazırlanıb.

Xatırladaq ki, Slovyansk - Donetsk vilayətinin regional mərkəzi - 2014-cü ildə bir neçə ay separatçıların nəzarəti altında olub. 2022-ci ildə Rusiya ordusunun hədəflərindən biri olsa da, Ukrayna hələ də ona nəzarət edir.

"Bu gün cəbhə xəttində döyüşçülərimizlə görüşürəm. Bu gün biz Donbassdayıq. Döyüş zonası genişlənib, döyüş daha sərt, əhval-ruhiyyə daha yüksəkdir", - deyə Zelenski xüsusilə bildirib. O, bu gün bu müharibədə həlak olan bütün əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib.

Qafqaz.media