ZİYƏDDİN KASSANOV XOCALI SOYQIRIMI QURBANLARINI YAD ETDİ - Fotolar

01/03/2022 - 12:47

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Başqanı Ziyəddin Kassanov 27-28 fevral 2022-ci il tarixlərində Azərbaycanda səfərdə olduğu zaman Xocalı soyqırımı qurbanlarını yad edib.

Qafqaz.media xəbər verir ki, DATÜB Başqanı Azərbaycana ikigünlük səfəri çərçivəsində soyqırım qurbanlarının xatirəsinə ucaldılan "Ana Harayı” Memorial Abidəsini ziyarət edib.

Belə ki, Z.Kassanov Azərbaycanda Yaşayan Axısxa Türkləri "Vətən" İctimai Birliyinin yeni seçilən sədri Xalid Xalilov və qurumun rəhbər heyəti ilə birlikdə "Ana Harayı” Memorial Abidəsini ziyarət edərək, ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən şəhidlərimizin ruhlarına dualar oxuyub, abidənin önünə gül dəstələri düzüb.

Qeyd edək ki, dünyanın 9 ölkəsində müvəqqəti məskunlaşan Axısxa Türklərinin təşkilatlanmasında müstəsna xidmətləri olan Ziyəddin Kassanov bu toplumun hər bir fərdi tərəfindən lider kimi qəbul olunur. Onun Axısxa Türklərinin bir çox problemlərinin həllində əvəzsiz xidmətləri vardır.

Xatırladaq ki, Ziyyədin Kassanov Xocalı soyqırımının 30-cu ildönümü günü – fevralın 26-da bu faciə ilə bağlı dünya azərbaycanlılarına müraciət ünvanlamışdı.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Türkiyədə güclü zəlzələ
25/11/2024 - 23:58