“Qulyabani” və “cinlər”in Bərdəyə hücumu… - PARAPSİXOLOQ ƏHALİNİ XİLAS ETMƏYƏ HAZIR OLDUĞUNU DEYİR, AMMA…

18/01/2023 - 23:15

Psixoloq, parapsixoloq Paşa Yaqub Bərdə rayonunun bir çox kəndlərinin 15 gündür həyəcan, təlaş içində olduğunu iddia edir. Onun sözlərinə görə, “Qulyabani” və “Cinlər”in kəndlərə hücumu nəticəsində qorxudan ürəyi dayanıb ölənlər var.

“Çox sayda insanın tövləsi, ot tayası, tikililəri yandırılmaqla, vətəndaşlarımıza küllü miqdarda ziyan dəyib. Əhali haray çəkib yardım istəyir”, - deyə P.Yaqub bildirir.

Bütün bunlar nə dərəcədə həqiqətə yaxındır? Bu və digər suallara “Qafqaz Media” internet telekanalının əməkdaşı Rübabə Səməndərqızı onun özü ilə söhbətində aydınlıq gətirməyə çalışıb. Qafqaz.media həmin müsahibəni oxucularına təqdim edir.