123 800 HƏRBÇİ, 3 161 TANK, 290 TƏYYARƏ, 281 HELİKOPTER... - Rusiyanın Ukraynadakı itkiləri haqda açıqlama

25/01/2023 - 12:55

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 123 080 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 161 tank, 6 307 zirehli maşın, 2 154 artilleriya sistemi, 450 reaktiv yaylım atəşi sistemi, 220 hava hücumundan müdafiə sistemi, 290 təyyarə, 281 helikopter, 1 902 PUA, 749 qanadlı raket, 18 gəmi/qayıq, 4 967 avtomobil texnikası və avtosistern, 194 xüsusi texnikadan ibarətdir.