"45 milyard dollarlıq maliyyə avqust ayına qədər davam edəcək..." - MKİ RƏHBƏRİNİN KİYEVƏ GİZLİ SƏFƏRİNİN DETALLARI...

20/01/2023 - 08:56

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns keçən həftə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək üçün gizli şəkildə Kiyevə gedib.

Bu barədə "The Washington Post” (WP) xəbər verir.

Qeyd edilir ki, amerikalı məmur Rusiyanın gələcək hərbi planları ilə bağlı gözləntilərini Ukrayna dövlətinin başçısı ilə bölüşüb.

"Görüşdən sonra Zelenski aydın şəkildə başa düşdü ki, Vaşinqtonun Kiyevə dəstəyi güclü olaraq qalır və 2022-ci ilin dekabrında Konqresin qəbul etdiyi 45 milyard dollarlıq maliyyə azı iyul və ya avqust aylarına qədər davam edəcək", - WP yazıb.