ABŞ hökuməti HIMARS-ın Norveçə satışını təsdiqləyib

10/08/2024 - 06:08

ABŞ Dövlət Departamenti HIMARS yayılım atəş sistemi və müvafiq avadanlıqların Norveçə 580 milyon dollara mümkün satışını təsdiqləyib. APA xəbər verir ki, bu barədə Pentaqonun tərkibinə daxil olan Milli Təhlükəsizlik Agentliyi məlumat yayıb. İddialara görə Norveç hökuməti ABŞ-dan 16 HIMARS qurğusu, təlim sursatları və müvafiq avadanlıqları almaq istədiyini bildirib. ABŞ hökuməti artıq Konqresə Norveçlə müqavilə bağlamaq niyyəti və tələb olunan silahların satılmasına razı olması barədə məlumat verib. Qanunvericilərin bu məsələni araşdırmaq və qərar vermək üçün bir ay vaxtı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ