ABŞ Ukraynaya hansı silahları göndərir? – 2,5 milyard dollarlıq hərbi yardım açıqlandı

21/01/2023 - 12:45

Ukrayna üzrə kontakt qrupuna daxil müttəfiqlər ABŞ-ın Almaniyadakı “Ramştayn” hərbi bazasında keçirilən görüşdə Ukrayna Silahlı Qüvvələrinə Qərb istehsalı olan ağır döyüş tanklarının verilməsi məsələsində hələlik razılığa gələ bilməyiblər.

Buna səbəb Almaniyanın bu məsələdə qəti bir mövqeyə gəlməməsi olub. Söhbət ilk növbədə Ukraynaya Almaniya istehsalı "Leopard" tanklarının verilməsindən gedirdi. Müttəfiqlər bu məsələ üzrə danışıqları davam etdirəcəklərini bildiriblər.

Bununla belə Birləşmiş Ştatlar 2023-cü il ərzində Ukraynaya ayırdığı 45 milyard dollarlıq yardım paketinin ilk tranşını elan edib. 2,5 milyard dollar dəyərində silah-sürsat və hərbi ləvazimatlara aşağıdakı silahlar və döyüş sürsatları daxildir:

59 “Bradley” döyüş maşını;

8 “Avenger” hava hücumundan müdafiə sistemləri;

90 “Stryker” zirehli döyüş maşını;

53 MRAP zirehli transportyoru;

350 HMMWV;

HARM raketləri;

NASAMS üçün əlavə raketlər;

20.000 155 mm-lik artilleriya mərmisi;

Təxminən 600 “Excalibur” mərmisi;

95.000 105 mm-lik artilleriya mərmisi;

11 800 120 mm mərni;

Əlavə döyüş sursatı HIMARS;

12 nəqliyyat-yükləyən avtomobil;

6 komanda-qərargah avtomobili;

TOW sistemləri quraşdırılmış 22 avtomobil;