Abşeronda yaşayış binasında yanğın olub

03/08/2024 - 07:17

Abşeron rayonunda binada yanğın olub. APA xəbər verir ki, hadisə Xırdalan şəhərində "Kristal Abşeron 2" yaşayış kompleksində qeydə alınıb. Yanğın binanın mansard hissəsində baş verib. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.

Yanğın söndürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ