Afrikada meymunçiçəyi virusu sürətlə yayılır
18/08/2024 - 16:03
Afrikada meymunçiçəyi virusu sürətlə yayılır. APA-nın xəbərinə görə, bu, Afrika İttifaqının Səhiyyə Agentliyinin yaydığı məlumatda əksini tapıb. Yalnız ötən həftə ərzində 1200 yeni yoluxma qeydə alınıb. Virusun yayılan 3 növü arasında təhlükəli “Clade 1b” növü də var. Ümumilikdə bu ilin əvvəlindən Afrika İttifaqının 12 ölkəsində 18 737 yoluxma halı qeydə alınıb, 541 nəfər ölüb.