Ağdam şəhərində "Aghdam City Hotel" fəaliyyətə başlayıb
Ağdam şəhərində "Aghdam City Hotel" fəaliyyətə başlayıb. APA-nın yerli bürosu xəbər verir ki, Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunan hotel binası 5 mərtəbədən ibarətdir. Ən müasir standartlara cavab verən hotel binası 130 otaqdan ibarətdir. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zalları yaradılıb. Hoteldə qonaqların istirahəti üçün demek olar ki, hər şərait yaradılıb. Otelin direktoru Murat Kodan jurnalistlərə öz açıqlamasında hoteldə fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş 4 otaq da mövcud olduğunu, həmçinin qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes və SPA mərkəzləri də yaradıldığını bildirib. O, həmçinin burada işlə təmin edilənlərlə də bağlı danışıb: "Ağdamdan məcburi köçkün düşənlərin siyahısını aldıq və onlarla əlaqə yaratmağa başladıq. Ağdamdan məcburi köçkün düşmüş 15-ə yaxın işçimiz var. Gələcəkdə də bu say sürətlə artacaq. PMD Group olaraq Ağdamın turizminə böyük dəstək verəcəyik. Hoteldə 130 otaq, bir restoran və bir barımız var. Otaqların dördü suite, ikisi əngəlli insanlar üçündür. Üç toplantı zalımız var. Hotelimizdə iş adamları üçün hər cür şərait yaradılıb", - direktor bildirib.
Elgün Gəncimsoy