Ağdamda ailə qurmaq üçün evdən gedən 16 yaşlı qız tapılıb, qoşulub getdiyi şəxs saxlanılıb

26/07/2024 - 10:54

Ağdamda tanışına qoşularaq ailə qurmaq üçün evdən gedən 16 yaşlı qız tapılıb. APA xəbər verir ki, o, Bakıda tapılaraq ailəsinə təhvil verilib. Ekspertiza təyin olunub. Onun qoşulub getdiyi Cavadzadə Əsəd İbrahim oğlu isə saxlaılıb. Qeyd edək ki, hadisə bir qədər əvvəl Ağdam rayonunun Çəmənli kəndində qeydə alınıb. Kənd sakini olan 16 yaşlı qız tanışı Cavadzadə Əsəd İbrahim oğluna qoşulub ailə qurmaq məqsədilə yaşadığı evi tərk edərək qaçıb.

Yaxınları onu axtarışa verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ