Almaniya polisi iranlını güllələdi

01/07/2024 - 08:34

Almaniyada hüquq-mühafizə orqanlarının əməkdaşları onlara bıçaqla hücum edən İran əsilli şəxsi zərərsizləşdiriblər.Teleqraf.com xəbər verir ki, hadisə Almaniyanın Lauf an der Peqnits şəhərində qatar stansiyası yaxınlığında baş verib.Qeyd olunur ki, hücumdan əvvəl həmin şəxs avtomobildə olan polisləri təhqir edib. Polislər onun gözünə bibər qazı sıxıblar.Buna cavab olaraq kişi polisi bıçaqlamağa çalışsa da, qarın nahiyəsindən güllələnərək öldürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10