Almaniya yaxında Ukraynaya 80-ə yaxın “Leopard” verəcək - VİDEO

26/01/2023 - 00:14

Almaniyanın hakim Sosial Demokrat Partiyası özünün “Twitter” səhifəsində bildirib ki, yaxın gələcəkdə Ukrayna “Leopard-2” tanklarından ibarət iki batalyon, yəni 80-ə yaxın texnika ala bilər.

Xatırladaq ki, çərşənbə günü Almaniya hökumətinin başçısı Olaf Şolz Almaniyanın Ukraynaya 14 “Leopard-2” tankı göndərəcəyini və başqa ölkələrdən tədarüklərə etiraz etməyəcəyini bildirib. Bundan əvvəl Polşa və Finlandiya, digərləri ilə yanaşı, Ukraynaya öz "Leopard”larını göndərmək niyyətini açıqlamış, öz növbəsində Norveç də bu “koalisiya”da iştirak etmək istədiyini bildirmişdi.

Amerika mətbuatı isə Ukraynanın müttəfiqlərdən 100-ə yaxın “Leopard” tankı ala biləcəyini yazmışdı.

 

Qafqaz.media