Avropa komissarları Kiyevə gediblər - FOTO
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Jozep Borrel və 14 əsas Avropa komissarı fevralın 3-də keçiriləcək Aİ-Ukrayna sammitindən əvvəl Ukrayna hökuməti ilə birgə görüş üçün Kiyevə gediblər.
“Biz Kiyevə Avropa İttifaqının bütün ukraynalılara dəstəyinin ən güclü siqnalını çatdırmaq üçün gəldik”, - deyə Borrel “Twitter”də yazıb.
O bildirib ki, münaqişənin başlanğıcından Aİ-nin Kiyevə yardımı 50 milyard avro təşkil edib.
Arrived in Kyiv to convey EU’s strongest message of support to all Ukrainians defending their country.
EU assistance has reached €50 billion since the start of Russia’s war. Europe stood united with Ukraine from day one. And will still stand with you to win and rebuild. pic.twitter.com/wfhIo9f9HT
— Josep Borrell Fontelles (@JosepBorrellF) February 2, 2023
Qeyd edək ki, Aİ-Ukrayna sammiti Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ilk dəfə keçiriləcək.