Avropa ölkələrinin Azərbaycandakı səfirliklərində bayraqlar yarıya endirildi - FOTO
Avropa ölkələrinin Azərbaycandakı səfirliklərində bayraqlar yarıya endirilib.
Qafqaz.media xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tviterdə yazıb.
O bildirib ki, bu, Türkiyə ilə həmrəylik rəmzidir: “Düşüncələrimiz və dualarımız dağıdıcı zəlzələdən zərər çəkənlərlədir”.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 5 894 nəfər ölüb, 34 810 nəfər yaralanıb. Təbii fəlakət zamanı 5 775 bina dağılıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Həmrəylik nümayiş etdiririk: Bu gün Bakıda ISR Plazada yerləşən Avropa səfirliklərinin 🇪🇺🇩🇪🇳🇱🇸🇪🇧🇪🇪🇪🇱🇻 bayraqları yarıya qədər endirilib. Düşüncələrimiz və dualarımız dağıdıcı zəlzələdən zərər çəkənlərlədir.@MichalkoPeter @Eizema #Turkiye #Syria #Deprem #GecmisOlsunTuerkiye🥀 pic.twitter.com/nR9CmphJU9
— Ambassador Dr. Ralf Horlemann (@GerAmb_Baku) February 8, 2023