Aydın Məmmədovla Nəsiman Yaqublunun ölümünü birləşdirən detal – Hər ikisi…
Xəbər verdiyimiz kimi, avqustun 25-də professor Nəsiman Yaqublu avtomobil qəzasında həyatını itirib. O, Cəbrayıl rayonu ərazisində “Nissan” markalı avtomibillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. N.Yaqublu Cümhuriyyət dövrünün araşdırıcısı idi. Azərbaycanın bu şərəfli tarixi haqda dayanmadan, usanmadan çalışırdı. Cildlərlə kitablar yazıb. Məhəmməd Əmin Rəsulzadə irisinin ən öndə gələn tədqiqatçısı olub. Mərhum professor Bakı Dövlət Universitetinin müəllimi idi. Onun faciəli şəkildə həlak olması başqa bir dəhşətli qəza ilə bağlı yaddaşları yenilədi.
Azərbaycanın iki görkəmli ziyalısı – Aydın Məmmədov və Dilarə Əliyeva da avtomobil qəzası nəticəsində həyatlarını itiriblər. 1991-ci il 19 aprel tarixində istiqlalçı millət vəkilləri – dilçi, türkoloq, tənqidçi, siyasətçi Aydın Məmmədov və ədəbiyyatşünas, tərcüməçi Dilarə Əliyeva seçicilərlə görüşdən qayıdarkən Qax rayonu ərazisində müəmmalı avtomobil qəzasında həlak olublar. Hər iki deputat parlamentdə “Demokratik Azərbaycan” blokunun aktiv üzvləri idilər. Xatırladaq ki, Nəsiman Yaqublu 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmışdı. 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd idi. O, seçicilərlə görüşdən qayıdırmış.
Allah hər üçünə rəhmət eləsin. Amin.