Azərbaycan iqtisadiyyatı 4.2% böyüyüb

13/06/2024 - 12:31

2024-cü ilin yanvar-may aylarında ölkədə 48 milyard 26 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2% çox ümumi daxili məhsul istehsal olunub.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər istehsalı 7,3% artmış, neft-qaz sektorunda isə eyni səviyyədə qalıb.

    Qeyd edilib ki, ÜDM istehsalının 39,7 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi tikinti, 3,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 20,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.

     

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Azərbaycan nefti bahalaşıb
    30/11/2024 - 11:46
    Neft bahalaşmaqda davam edir
    19/11/2024 - 09:19
    Neft yenidən bahalaşdı
    18/11/2024 - 10:09