Türkiyədə ZƏLZƏLƏ
03/08/2024 - 17:09
Türkiyənin Hakkari vilayətində yenidən zəlzələ qeydə alınıb. Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb. Bildirilib ki, vilayətin Şemdinli rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 9.3 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.