Azərbaycanda benzinin istehsalı artıb, dizelin isə azalıb - CƏDVƏL
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 908mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artıb. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft məhsullarından mazut istehsalı 3,3 dəfə, ağ neft istehsalı 9,5%, neft bitumu istehsalı 7,6%, sürtgü yağları istehsalı 7,1%, avtomobil benzini istehsalı 0,5% artıb. Məlumata görə, hesabat dövründəölkədə neft koksu istehsalı 15,3%, dizel yanacağının isə 1,3% azalıb. Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri | 2024-cü ilin yanvar-iyul aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.08.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton | 842,7 | 100,5 | 31,9 |
Ağ neft, min ton | 366 | 109,5 | 32,2 |
Qazoyllar (dizel yanacağı), min ton | 1 333,5 | 98,7 | 89,4 |
Mazut, min ton | 13,1 | 3,3 d. | 4,3 |
Sürtkü yağları, min ton | 37,9 | 107,1 | 5,8 |
Maye qazlar, min ton | 114,5 | 81,2 | 1,4 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton | 649,9 | 104,8 | 39,0 |
ondan: |
|
|
|
neft bitumu, min ton | 148,1 | 107,6 | 16,1 |
neft koksu, min ton | 120,5 | 84,7 | 22,6 |