Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 191 milyon 47 min manat, icbari sığorta növləri üzrə 48 milyon 671 min manat sığorta haqqı toplanılıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 11.4% və ya 19 milyon 620 min manat artıb, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 2% və ya 969 min manat azalıb.
Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 51.8% artaraq 79 milyon 822 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 1.7% azalaraq 17 milyon 611 min manata bərabər olub.
Beləliklə, cari ilin yanvar-fevral aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 41.8 manat sığorta ödənişi edilib. Bu rəqəm 2023-ci ilin ilk 2 ayında 30.7 manata bərabər olub. Bu ilin yanvar-fevral ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 36.2 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 2 ayında 36.1 manata bərabər idi.