Azərbaycanın U-19 millisi bu gün seçmə mərhələdə növbəti matçına çıxacaq
19/11/2024 - 09:21
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində üçüncü matçına çıxacaq. "Report"un məlumatına görə, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda Moldova ilə üz-üzə gələcək. Kişinyovdakı “Zimbru” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Meydan sahibləri 1 xalla üçüncü, əvvəlki iki görüşdə məğlub olan U-19 yığmamız sonuncu - dördüncü sıradadır. Lider İslandiyanın 6, ikinci yerdəki İrlandiyanın 4 xalı var. Qeyd edək ki, U-19 daha əvvəl İslandiya (0:2) və İrlandiyaya (0:4) uduzub.