Badmintonçumuz qızıl medal qazanıb

13/10/2024 - 13:37

Badmintonçumuz Keişa Fatimə Zəhra Türkiyənin İstanbul şəhərində keçirilən "International Challenge" seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb! APA xəbər verir ki, mübarizəyə 1/16 finaldan başlayan Keişa qadın badmintonçuların şəxsi yarışında finala gedən yolda Danimarka, Ukrayna və Fransa təmsilçilərini mübarizədən kənarlaşdırıb. Keişa Fatimə Zəhra qızıl medal uğrunda keçirilən həlledici final qarşılaşmasında danimarkalı Amalie Schulzanı hər iki setdə böyük fərqlə məğlub edərək "VICTOR Türkiye International Challenge 2024" beynəlxalq turnirinin qalibi olub - 21:11,21:9.

 

Badmintonçumuz qızıl medal qazanıbBadmintonçumuz qızıl medal qazanıb

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21
Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37