Bakıda 2 avtomobil toqquşdu

27/07/2024 - 17:20

 

Biləcəri qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsi baş verib. Modern.az xəbər verir ki, hadisə qəsəbənin Yeni yaşayış massivi adlanan ərazisindən keçən yolda baş verib. Belə ki, "Hundai" markalı avtomobil qarşı tərəfdən gələn "Mersedes"ə çırpılıb. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ