Bakıda avtomobil 15 yaşlı gənci vurub

11/09/2024 - 08:13

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, yolu keçən 2009-cu il təvəllüdlü Muxtarov Camal İsmayıl oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq sümüklərinin sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ