Bakıda doğum evinin yaxınlığında yanğın söndürülüb - YENİLƏNİB-1

19/06/2024 - 16:03

Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi yaxınlığında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

    Əlavə məlumat veriləcək.

     

    ***

    15.31

    Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Neftçi Qurban küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    FHN-dən APA-ya verilən xəbərə görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində 80 kv. m sahədə taxta və məişət tulantıları yığılmış ərazidə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

    Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

    Əlavə məlumat veriləcək.

     

    ***

    15.13

     

    Bakının Səbail rayonunda, doğum evinin yaxınlığında qeydə alınan yanğın məhdudlaşdırılıb.

    FHN-dən APA-nın sorğusuna cavab olaraq bildirib ki, nazirliyin 112-i qaynar xəttinə Səbail rayonu, Neftçi Qurban küçəsində 50 kvadratmetr ərazidə taxta və məişət tulantılarının yanması ilə bağlı məlumat daxil olub.

    Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunub və yanğın qısa bir vaxtda məhdudlaşdırılıb.

     

     

     

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ