Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb

15/09/2024 - 07:17

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ölüb. APA xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb. Belə ki, 28 yaşlı Şəmistan Məmmədov yolu keçərkən minik avtomobili onu vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ