BAKIDA ƏN BÖYÜK RESTORAN ŞƏBƏKƏLƏRİ KİMLƏRƏ MƏXSUSUDUR? - Araşdırma + FOTOLAR
Ölkədə ictimai iaşə sektorunda hansı şəbəkələr mövcuddur və bu göstəriciyə görə liderlər hansılardır?
“AzPolitika” xəbər verir ki, bu bardə “Axşambazarı” iqtisadi bülletenində maraqlı araşdırma dərc olunub.
Araşdırmada qeyd olunur ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə restoranlarının sayına görə ölkə üzrə lider olaraq GFC MMC çıxış edir.
Bu şirkətə 3 şəbəkə və 40 restoran məxsusdur. Onlardan 25-i KFC (24-ü fəaliyyət göstərir, amma Lənkəranda olan birinə dair icazə alınıb, amma hələ də fəaliyyətə başlamayıb), qalanları isə “Pizza Hut” və “Simit Sarayı”-dır.
İkinci yerdə qərarlaşan Fərid Zalov isə “Şaurma №1” adı ilə çıxış edən restoranların sahibidir. Burada bir məqamı qeyd etmək lazımdır. Bəlkə də ona məxsus olan bəzi restoranlar bağlanıb. Təəssüf ki, reyestr bu cəhətdən yenilənmir.
Eyni zamanda müvafiq TOP-10-a düşməyən və 14-cü yerdə qərarlaşan Xəyyam Seyidli də “Şaurma №1” adlı restoranların sahibidir. Ona 9 restoran məxsusdur. Göründüyü kimi ölkə üzrə ən məşhur şəbəkə “Şaurma №1”-dir.
Üçüncü yerdə “McDonalds” qərarlaşıb. Restoran sayına görə onlar KFC-ni keçiblər. Saytda verilən məlumata görə indi şəbəkəyə 26 restoran məxsusdur. Bəs niyə reyestrdə 25-dir? Bunu demək çətindir.
Sonuncu restoran, təzəlikcə açılmış, amma reyestrdə göstərilməyən – “Sea Breeze”-də yerləşir. Hər bir halda “McDonalds” və KFC bir-birini izləyirlər. Bu yaxınlarda “McDonalds” yaxın bir neçə il ərzində şəbəkəsini 50 restorana çatdırmaq niyyəti haqqında elan etmişdi. Maraqlıdır, KFC-də belə planlar varmı?
Dördüncü yerdə iki şəbəkəyə nəzarət edən FBCO MMC gəlir. Bu şirkətin ən məşhur brendi “Gloria Jean’s Coffees”-dir.
Bununla bərabər onlar həmçinin “Boxça” adlı kafelərə də sahibdilər. Öz əsas rəqiblərindən fərqli olaraq bu şəbəkə artmaqda davam edir.Bakıda daim yeni kafe və kofeşoplar açılır və bağlanır, amma görünür ki, bu şəbəkənin dövriyə azalması ilə bağlı heç bir problemi yoxdur.
Növbəti iki yeri pizza restoranları tutub – “Papa John’s” və “DominoPizza”.
Real şəbəkələr arasında növbəti yerlərdə “Əjdaha” dönər qərarlaşıb. Bu şəbəkələrə 13-15 restoran məxsusdur.
Eyni zamanda eyni sayda restoranlara sahib olan, amma vahid şəbəkə yaratmayan şirkətlər də mövcuddur.
Bunlar arasında birinci yeri “Paşa Holdinq” qrupuna daxil olan “Azərbaycan Restaurants” şirkətidir. Onların idarə etdiyi restoranlar konkret ünvanlar üzrə yerləşib: Port Baku, Dövlət Bayraq Meydanı, Z. Əliyeva küçəsi və s.
İkincisi, “Resant Consulting” şirkətidir. Bu MMC “Bağda”, “Mala Praga”, “İstanbul Meyhane”, “Garden Hall” və s. restoranları idarə edir.
Üçüncüsü isə “Siti Keyterinq” şirkətidir. Burada həm şəbəkə– “CafeCity”, həm də ayrı restoranlar (“City Pub”, “La Quzu” və s.) var.
Araşdırmada bildirilir ki, beləliklə Azərbaycanda fəaliyyət göstərən ictimai iaşə şəbəkələrin TOP-10-na 195 restoran məxsusdur. Onlar arasında faktiki liderlər qismində “Şaurma №1”, “McDonalds” və KFC çıxış edir. Bu üçlüyü müxtəlif pizza və hətta bir kafe şəbəkəsi izləyir.
Maraqlıdır ki, bu şəbəkələrin böyük hissəsi Bakıda yerləşir. Yəni Bakı tədricən hərtərəfli olaraq müvafiq şəbəkələr ilə təmin olunur. Bölgələr isə bu cəhətdən ümumiyyətlə Bakı ilə müqayisə ədən çox uzaqdılar.
Ümumiyyətlə reyestrə müraciət etsək, görə bilərik ki, ictimai iaşə müəssisələri əsasən Bakı və onun ətrafında yerləşir. Bölgələr arasında ilk onluqda Bakının yeddi rayonu və Sumqayıt qərarlaşıb. Əlbəttə ki, qeyd oluna bilər ki, bölgələrdə fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin böyük hissəsi qeyri-leqal fəaliyyət göstərir, amma Bakıda da gördüyümüz kimi belə müəssisələr bir ya iki deyil. Nəticə etibarilə faktiki olaraq bütün həyat (hətta azərbaycanlılar sevdiyi əsas istirahət növü – yeyib-içmək) Bakıda təmərküzləşib.
Sahəsi üzrə Bakının ən kiçik rayonlarında belə restoran sayı Gəncədən çoxdur. Eyni zamanda biz bu statistikadan həmçinin həyatın necə təmərküzləşdiyini görə bilərik. Yalnız Səbail və Nəsimi rayonlarında 1500-dən çox ictimai iaşə müəssisəsi mövcuddur. Bura Bakının mərkəzidir. Hətta Bakıda insanlar istirahət üçün də şəhərin mərkəzinə üz tuturlar.
“AzPolitika.info”