Bakıda qaraj və içərisində “Changan” markalı minik avtomobili yanıb

03/03/2024 - 17:02

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan qarajın yanar konstruksiyaları və içərisində dayanan “Changan” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ