Bakıda və rayonlarda leysan yagacaq - XƏBƏRDARLIQ
17/11/2024 - 15:00
Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti barədə məlumat açıqlayıb. Xidmətdən "Report"a bildirlib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 18-i günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Azərbaycanın rayonlarında noyabrın 18-i gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir.