Ana müxalifətin daha 4 deputatı istefa verdi

11/11/2024 - 16:33

Yunanıstanın əsas müxalifət partiyası Radikal Sol Alyansın (SİRİZA) 4 deputatı istefa verib. Publika.az xəbər verir ki, son 1,5 ildə 16 deputat partiyadan istefa verib. SİRİZA-dan 4 millət vəkilinin partiya lideri Stefanos Kaselakis ilə fikir ayrılığına görə istefa verməsi ilə Alyansın parlamentdəki yerlərinin sayı 31-ə düşüb. Yunanıstan parlamentində cəmi 300 mandatla 156 deputatla təmsil olunan hakim Yeni Demokratiya partiyasından sonra SİRİZA 35 deputatla əsas müxalifət partiyası olub. Parlamentdə 31 yeri olan PASOK mandat sayına görə üçüncü partiya olub. İstefalardan sonra PASOK və SİRİZA deputatlarının sayı bərabərləşib. Qeyd edək ki, 2023-cü ilin iyununda keçirilən ümumi seçkilərdə 47 deputatla parlamentdə təmsil olunmaq hüququ qazanan SİRİZA, 2023-cü ildə 11 deputatın partiyadan istefa verməsi nəticəsində 36-ya düşüb. İyulda 1 deputatın SİRİZA-dan çıxarılması ilə bu rəqəm 35-ə düşmüşdü.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ