Türkəsilli siyasətçinin paylaşımı Almaniyanı silkələdi - FOTO

11/11/2024 - 16:21

Xristian Demokrat Birliyinin üzvü Bülent Büyükbayram nasist simvolları olan fotoşəkilə görə istefa vermək məcburiyyətində qalıb. Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Spiegel" məlumat yayıb. Büyükbayram sosial şəbəkədə boynunda ilgək və alnında nasist təşkilatının simvolu şəklində SS hərfləri olan gəlinciyin fotosunu yerləşdirib. Gəlinciyə üzərində "Cəhənnəm olsun "Sankt Pauli" şüarı yazılmış köynək geyindirilib. Paylaşım dünən "Bavariya"ya uduzan futbol klubuna ünvanlanıb. Foto yayımlandıqdan sonra qalmaqal yaranıb. Siyasətçi şəkli yerləşdirdiyinə görə üzr istəməli olub. O, həmçinin partiyadan istefa verib.

Whatsapp

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ