Bakıdakı "lüt qadın heykəli" söküldü - VİDEO

10/11/2024 - 16:04

Bakıda tanınmış italiyalı heykəltaraş Lorenso Kuinnin “Təbiətin gücü” (Force of Nature) adlı Yer kürəsini "tutub saxlamağa çalışan qadın" heykəli sökülüb. Publika.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Xatırladaq ki, Kuinnin heykəlləri Londonda, Qətərdə və ABŞ-da nümayiş olunub. "Təbiətin gücü" əsəri 2 cür hazırlanıb: paltarlı və paltarsız. Bakıda paltarsız versiyası qoyulmuşdu.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55
Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42