Bakıya qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ!

04/02/2023 - 10:37

Növbəti həftə Bakıda havanın temperaturunun qeyri-sabit keçəcəyi gözlənilir.

Belə ki, fevralın 8-i və 9-da Bakıda və Abşeron yarımadasında qar yağacağı proqnozlaşdırılır.

Havanın temperaturu 8-i və 9-u gecə saatlarında 0 dərəcə təşkil edəcək. Gecədən etibarən qar yağacağı ehtimal edilir.

Fevralın 10-da qarın kəsiləcəyi gözlənilsə də gecə havanın temperaturunun 1 dərəcə şaxta təşkil edəcəyi proqnozlaşdırılır.