Bank kartları ilə bağlı yeni dələduzluq növü - Xəbərdarlıq
“Süni intellektlə sizinlə bank əməkdaşı, ailə üzvü adından danışıqlar aparıla bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.
“Ehtimalların kiberməkanda hədəfi qurbandır. Çünki kiberməkanda şans yoxdur, olmur. Göstərilirsə, təşviq edilirsə, yalandır. Bilməlisiniz ki, naməlum şəxslərin təklifləri, qazanc vədləri sizi tələyə salacaq.
Bank kartı ilə əlaqəli şəxsi məlumatlarınızı heç kimə verməyin. Süni intellektlə sizinlə bank əməkdaşı, ailə üzvü - qohum adından danışıqlar aparıla bilər. Diqqətli ol ki, qurbana çevrilməyəsən”, - E.Hacıyev qeyd edib