Baş naziri verdiyi vəd üçün hazırlığa başladı: Dönər kəsdi

29/07/2024 - 15:25

 

Almaniyada Bavariya əyalətinin baş naziri və Xristian Sosial Birlik Partiyasının (CSU) sədri Markus Söder sosial şəbəkədəki izləyicilərinin arasından püşkatma ilə müəyyənləşən 40 nəfərə dönər süfrəsi verəcəyini açıqlayıb. Publika.az xəbər verir ki, Nürnberqdə Ahmet Cana məxsus restorana gedən Söder dönər kəsdiyi anları sosial media hesabında paylaşıb. O, paylaşımında lotereya qalibləri ilə dönər yeməyi səbirsizliklə gözlədiyini vurğulayıb. Ahmet Can da Söderin türk dostu olduğunu və türkləri çox sevdiyini vurğulayıb: "Hər il İstanbula tətilə gedir. 30 ildir dostumuzdur. Türk mətbəxini sevdiyi və təbliğ etdiyi üçün ona da təşəkkür edirəm”. Bildirilir ki, dönər üçün təşkil edilən lotereyaya 45 min adam müraciət edib. CSU siyasətçisi həmçinin 500 nəfərə “Söder Kabab” yazısı və dönər loqotipi olan köynəklər də hədiyyə edəcəklərini açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42