Bayden Si Cinpindən Ukraynadakı vəziyyətlə bağlı Şimali Koreyaya təsir göstərməsini istəyib

17/11/2024 - 07:34

ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinlə danışıqlar zamanı ondan KXDR-in Ukraynadakı müharibədə iştirak etmək üçün qoşunlarını Rusiyaya köçürməsi ilə bağlı iddialara dair Pekinin Pxenyana təsirindən istifadə etməyi xahiş edib. APA xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat yayıb. “Prezident Bayden qeyd edib ki, Çinin Ukraynadakı müharibə ilə bağlı açıq şəkildə bəyan etdiyi mövqeyi ondan ibarətdir ki, münaqişənin eskalasiyası və ya genişlənməsi olmamalıdır, lakin Şimali Koreya qoşunlarının yeridilməsi buna ziddir”, - Sallivan vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ