BELARUS QIRICI TƏYYARƏLƏRİNİ HAVAYA QALDIRDI… - Ukraynada hava xəbərdarlığı elan edildi

25/01/2023 - 11:24

Ukraynanın hər yerində hava həyəcanı elan edilib.

Qafqaz.media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu, rusların Belarusda öz təyyarələrini səmaya qaldırmasından sonra baş verib.

Qeyd olunur ki, Belarusda uzaqmənzilli radar izləmə təyyarəsi, eskort qırıcısı və “Kinjal” hipersəs raketlərini daşıya bilən MiQ-31K havaya qaldırılıb.