Bilgəh qəsəbəsində dənizdə batdığı ehtimal olunan şəxsin axtarışına helikopter cəlb edilib - VİDEO

15/07/2024 - 13:24

Ötən gün Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Bu barədə APA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.Əlavə məlumat veriləcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ