Biləsuvarda əhalinin sayı əvvəlki illə müqayisədə artıb
11/08/2024 - 14:04
Biləsuvarda əhalinin sayı əvvəlki illə müqayisədə artıb. "Report"un Muğan bürosunun məlumatına görə, bu ilin 6 ayında rayonda əhalinin sayı 327 nəfər və ya 0,3 faiz artaraq 106,9 min nəfərə çatıb. Əhalinin ümumi sayından 22,3 faizini şəhər (23,8 min nəfər), 77,7 faizini isə kənd sakinləri (83,1 min nəfər) təşkil edir. Əhalinin 50,2 faizi (53,7 min nəfər) kişilər, 49,8 faizi (53,2 min nəfər) qadınlardan ibarətdir. Sakinlərin 23,9 faizini (25,6 min nəfər) 14-29 yaşda olan yeniyetmələr və gənc nəslin nümayəndələri təşkil edir.
Qeyd edək ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 79 nəfər olub.