Binəqədi rayonunda yanğın olub

05/08/2024 - 22:46

Bakının Binəqədi rayonunda yanğın olub. APA xəbər verir ki, hadisə Novxanı yolunda yerləşən Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, yanğın "Azərişıq" ASC-yə məxsus gücü 6 kv-luq transformatorda baş verib. Hadisə yerinə FHN-in DYMX-nin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğının qarşısı alınıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ