Birinci Qarabağ müharibəsində şəhid olan Rüfət Cabbarovun qalıqları Siyəzəndə dəfn olunub - FOTO
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Rüfət Məmmədhüseyn oğlu Cabbarovun qalıqları torpağa tapşırılıb.
APA-nın Şimal bürosu xəbər verir ki, şəhid Rüfət Cabbarovun qalıqları bu gün doğulduğu Siyəzən rayonunun Dağ Quşçu kəndinə gətirilib.
Vida mərasimindən sonra şəhidin qalıqları Dağ Quşçu kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, şəhid Rüfət Cabbarov 1992-ci ildə Agdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Şəhid Rüfət Cabbarovun Tərtər rayonu ərazisindəki məzarlıqda naməlum döyüşçü kimi dəfn edildiyi məlum olub və kimliyi dəqiqləşib.