Birinci Qarabağ müharibəsində şəhid olan şəxsin qalıqları Maştağada dəfn olunub - FOTO

18/07/2024 - 13:09

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal olunan, bir müddət əvvəl kimliyi müəyyən edilən şəhid Qurbanov Aydın Əsədulla oğlunun qalıqları ailəsinə təhvil verilib. APA xəbər verir ki, şəhidlə Sabunçu rayonunun Maştağa qəsəbəsində vida mərasimi keçirilib. Şəhidin evində keçirilən mərasimə rayon ictimaiyyətinin nümayəndələri qatılıb.Daha sonra şəhidin qalıqları Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub. Qurbanov Aydın Əsədulla oğlu 1967-ci ildə Bakıda anadan olub. 1994-cü ildə Ağdam rayonunun Güllücə kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Bir müddət əvvəl onun kimliyi müəyyən edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ