“Biz Türkiyədən “soyqırım”ın tanınmasını tələb etmirik” – ERMƏNİSTAN PREZİDENTİ
22/11/2022 - 22:48
İrəvan Ankara ilə ilkin şərt olmadan əlaqələr qurmağa hazırdır.
Qafqaz.media xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib.
“Ermənistan üçün bütün qonşularla, o cümlədən Türkiyə ilə mehriban qonşuluq münasibətlərinin qurulması heç vaxt mübahisəli ideya olmayıb. Biz hər zaman sərhədlərin açılması mövqeyi ilə Türkiyə ilə ilkin şərt olmadan əlaqələrin qurulmasının tərəfdarı olmuşuq”, - prezident bildirib.
O əlavə edib ki, bu ifadə həm də qondarma “erməni soyqırımı” məsələsinə aiddir.
Qafqaz.media