Bələdiyyə cərimələndi: Çirkli suyu dənizə boşaldıblar...

10/09/2024 - 13:52

Türkiyənin İzmir Böyükşəhər Bələdiyyəsi cərimələnib. Modern.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Bildirilib ki, cərimənin məbləği 1 858 000 lirə olub. Məlumata görə, bələdiyyənin su təchizatı müəssisəsi olan "İZSU"ya məxsus kanalizasiya sularının təmizlənməsi qurğularından çirkli su Egey dənizindəki İzmir körfəzinə axıdılıb və fakt təsbit olunub. Məsul şəxslər barəsində şikayətlər aidiyyati orqanlara göndərilib. Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) idarə etdiyi İzmir bələdiyyəsinə son seçkilərdə (2024) qalib gələn Cemil Tuqay sədrlik edir. Ötən seçkilərdə (2019) CHP-dən seçilmiş İzmir meri Tunç Soyer namizəd göstərilməmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57