Blinken Zelenski ilə Bayden arasında görüş keçiriləcəyini açıqlayıb
Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Co Bayden iki gündən sonra Vaşinqtonda görüşəcəklər. APA xəbər verir ki, “RBK-Ukrayna” nəşri ABŞ dövlət katibi Entoni Blinkenin bununla bağlı açıqlama verdiyini yazıb. Sentyabrın 11-də Blinken bildirib ki, ABŞ və Böyük Britaniya Ukraynanın Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmaq tələbini nəzərdən keçirəcək. Bu məqsədlə Blinken britaniyalı həmkarı Devid Lammi ilə birlikdə Kiyevə gəlib. Sentyabrın 13-də ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Key Starmer arasında keçiriləcək görüşdən sonra məsələ ilə bağlı yekun qərarın veriləcəyi gözlənilir.