Bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

01/08/2024 - 16:37

Avqustun 2-3-də qısa müddətə bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib. APA xəbər verir ki, bununla bağlı xidmət məlumat yayıb. Sarı xəbərdarlığa uyğun olaraq Culfa, Ordubad, Şabran, Xaçmaz, Qobustan, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Şirvan, Neftçala, Salyan, Biləsuvar, Cəlilabadda qərb küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ