Borel UNRWA-nın qadağan edilməsinin fəlakətli nəticələri barədə xəbərdarlıq edib

13/10/2024 - 07:08

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borel BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) dəstəyini ifadə edərək, təşkilatın İsraildə qadağan edilməsinin fəlakət olacağını qeyd edib. APA xəbər verir ki, bu barədə Aİ Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Aİ BMT Baş Katibinin bu məsələ ilə bağlı çağırışını qətiyyətlə dəstəkləyir və bu qanun layihəsinin qəbul ediləcəyi təqdirdə fəlakətli nəticələrə səbəb olacağı ilə bağlı narahatlıqlarını bölüşür”, - deyə bəyanatda deyilir. Borel vurğulayıb ki, Qəzza zolağı və İordan çayının qərb sahilində tibbi, təhsil və sosial xidmətlərin göstərilməsinə ciddi maneələr və UNRWA-nın diplomatik imtiyazları və toxunulmazlıqlarının ləğvi ilə bağlı qanun layihəsinin yekun qəbulu İsrail və UNRWA arasında 1967-ci ildə imzalanmış sazişin ləğvinə, İsrail və Şərqi Qüdsdə UNRWA-nın bütün əməliyyatlarının dayandırılmasına, qurumun həyat xilasetmə əməliyyatlarının məhvinə gətirib çıxaracaq. Borel İsrail hakimiyyətini BMT-nin Yaxın Şərq agentliyinə öz vəzifələrini yerinə yetirməyə davam etməyə icazə verməyə çağırıb və qeyd edib ki, UNRWA Qəzza zolağında, İordan çayının qərb sahilində, Şərqi Qüdsdə, Livan, Suriya və İordaniyada, o cümlədən bütün regionda mühüm xidmətlər göstərir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30