“Brovaridəki qəzanın bütün mümkün versiyaları nəzərdən keçirilir” – BAŞ PROKUROR

18/01/2023 - 13:21

Hüquq-mühafizə orqanları Kiyev vilayətinin Brovari şəhərində helikopterin qəzaya uğraması ilə bağlı bütün mümkün versiyaları nəzərdən keçirir.

Qafqaz.media xəbər verir ki, bu barədə baş prokuror Andrey Kostin məlumat verib.

"Hazırda faciə yerində müstəntiqlər və ekspertlər işləyir. Təcili istintaq hərəkətləri aparılır. Hazırda vertolyot qəzası ilə bağlı bütün mümkün versiyaları nəzərdən keçiririk", - o, əlavə edib.

Kostin vurğulayıb ki, iş onun şəxsi nəzarətindədir.

Qafqaz.media