“BU GÜN AZƏRBAYCANLA 16 BƏND ÜZRƏ RAZILIĞA GƏLDİK” – “Ermənistan bu gün sülh sazişi imzalamağa hazırdır”

15/10/2024 - 22:48

“Ermənistan və Azərbaycan sülhün bərqərar olması üzrə razılığa gəlmək ərəfəsindədir”. “AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Cenevrədə keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

“Bir neçə ay əvvəl sülh prosesinin başladığı dövrdə Azərbaycan beynəlxalq səviyyədə tanınmış 5 bənd üzrə razılaşmamızı istəyirdi. Mən sizə xəbər verməkdən məmnunam ki, bu gün biz Azərbaycanla 16 bənd üzrə tam razılığa gəldik”, - deyə Simonyan bildirib.“Sülhün bərqərar olmasının vaxtı çatıb, indi sülh zamanıdır. Biz Azərbaycanı siyasi iradə nümayiş etdirməyə, fürsətdən istifadə etməyə və mümkün olanı reallığa çevirmək üçün bizə qoşulmağa dəvət edirik. Ermənistan bu gün sülh sazişi imzalamağa hazırdır”, - deyə erməni spiker əlavə edib.

“AzPolitika.info”

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ