Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

28/07/2024 - 17:27

 

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib. “Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, 2021-ci il təvəllüdlü V.C. nəzarətdən yayınaraq qonşu evinə gedib və hündür pilləkənlə ikinci mərtəbədə yerləşən açıq balkona çıxıb. Uşaq burada müvazinətini itirərək yerə yıxılıb. Xəsarət alan azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun yolda dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42